Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimovanın çıxış etdiyi “Vaşaş” yeni ildə Macarıstan çempionatında ilk oyununa çıxıb.
İdman.biz xəbər verir ki, ölkə çempionu öz meydanında "MAV Elöre"yə üç setdə qalib gəlib.
Abduləzimova oyuna start heyətində çıxaraq 12 xal toplayıb.
Qeyd edək ki, "Vaşaş" bu qələbədən sonra müntəzəm çempionatda liderliyini möhkəmləndirib.
İdman.biz