Bu gün kişi voleybolçular arasında Yüksək Liqada 2025-ci ilin ilk oyunları keçirilib.
İdman.biz xəbər verir ki, IV turun ilk günündə 2 matç baş tutub.
Hər iki görüş GİN-in Voleybol Mərkəzində təşkil olunub. Öncə “Azərreyl” çempionatın autsayderi MOİK-i qəbul edib. "Dəmiryolçular" çətinlik çəkmədən 3 xalı hesablarına yazıblar - 3:0.
Ardınca liderlər meydana çıxıblar. İtkisiz irəliləyən “Murov Az Terminal” və “Xilasedici” görüşündə də eyni hesab qeydə alınıb. Meydan sahibləri qalib gəliblər.
Yüksək Liqa (kişilər)
IV tur
7 yanvar
16:00. MOİK - “Azərreyl” - 0:3 (12:25, 10:25, 14:25)
GİN-in Voleybol Mərkəzi
18:00. “Murov Az Terminal” - “Xilasedici” - 3:0 (25:21, 25:19, 25:16)
GİN-in Voleybol Mərkəzi
Qeyd edək ki, tura sabah “Neftçi” - “Gənclər” matçı ilə yekun vurulacaq.
1 |
Murov Az Terminal |
4 |
4 |
0 |
9-0 |
300-197 |
12 |
2 |
Xilasedici |
4 |
3 |
1 |
9-4 |
301-257 |
9 |
3 |
Azərreyl |
4 |
2 |
2 |
9-6 |
345-288 |
7 |
4 |
Neftçi |
3 |
2 |
1 |
6-5 |
239-229 |
5 |
5 |
Gənclər |
3 |
0 |
3 |
0-9 |
137-225 |
0 |
6 |
MOİK |
4 |
0 |
4 |
0-12 |
273-300 |
0 |
İdman.biz