Azərbaycan Voleybol Federasiyasının “Təlim və aşağı yaş qrupları üzrə iş” şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.
İdman.biz xəbər verir ki, o, yanvarın 8-də qadın voleybolçular arasında Çempionlar Liqasının B qrupu çərçivəsində baş tutacaq “Şverin” (Almaniya) və “Levallois Paris Sent Kloud” (Fransa) komandalarının oyununda hakimlərin işinə qiymət verəcək.
Almaniyanın Şverin şəhərində təşkil olunacaq qarşılaşmanın hakimləri ispaniyalı Rodriqes Maçin Maria və polşalı Miçlik Aqnieşkadır.
Qeyd edək ki, İsmayılova Avropa Voleybol Konfederasiyası bayrağı altında keçirilən oyunlarla yanaşı, bu ildən etibarən Beynəlxalq Voleybol Federasiyası tərəfindən keçiriləcək yarışlara da supervayzer kimi təyinat alacaq.
İdman.biz