Braziliyanın "Osasko" klubunda çıxış edən Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova bu il ilk oyununa çıxıb.
İdman.biz xəbər verir ki, onun komandası Braziliya müntəzəm çempionatı çərçivəsində doğma meydanda "Marinqa"ya 3:1 hesabı ilə qalib gəlib.
Polina oyunda 6 xal toplayıb.
Bu nəticə "Osasko"ya turnirin lideri "Praya"ya çatmağa imkan verib. İndi hər iki komandanın hesabında 29 xal var.
İdman.biz