Abduləzimovanın komandası Çempionlar Liqasında ikinci qələbəsini qazanıb

Xəbərlər
9 Yanvar 2025 11:02
120
Abduləzimovanın komandası Çempionlar Liqasında ikinci qələbəsini qazanıb

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimovanın çıxış etdiyi “Vaşaş” klubu CEV Çempionlar Liqasının qrup mərhələsində ikinci qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, Macarıstan təmsilçisi 5-ci turda öz meydanında Fransa “Nant”ına üç setdə qalib gəlib (3:0).

Abduləzimova oyunda 8 xal toplayıb.

İlk turda da “Nant”ı məğlub edən “Vaşaş” 5 xalla qrupda üçüncüdür. Həmyerlimizin komandası ikinci pillədə qərarlaşan Polşanın "Budovlani Lodz" klubundan 3 xal geri qalır.

İdman.biz