Azərbaycan millisinin voleybolçusu Polina Rəhimovanın çıxış etdiyi "Osasko" Braziliya çempionatının növbəti turunda qələbə qazanıb.
İdman.biz xəbər verir ki, hücumçumuz "Barueri" ilə 3:1 hesabı ilə başa çatan görüşdə 10 xal toplayıb.
Bu nəticə "Osasko"ya müntəzəm çempionatda ikinci yerdə möhkəmlənməyə imkan verib. Rəhimovanın komandası yalnız lider "Praya"dan geri qalır.
İdman.biz