Rəhimova liderliyini itirib

Xəbərlər
17 Yanvar 2025 11:55
38
Rəhimova liderliyini itirib

Azərbaycan milli komandasının voleybolçusu Polina Rəhimova Braziliya liqasının ən effektli hücumçuları siyahısında liderliyini itirib.

İdman.biz xəbər verir ki, "Osasko"nun oyunçusu hazırda çempionatın bombardirləri siyahısında dördüncü pillədə qərarlaşıb.

Statistikaya əsasən, Rəhimovanın hücumlarının 33,67 faizi uğurlu olub. Bu göstəriciyə görə lider "Praya"nın hücumçusu Karol Qattasdır - 36,82%.

"Osasko" hazırda müntəzəm çempionatda ikinci yerdədir.

İdman.biz