“Neftçi” “Xilasedici”yə uduzub, autsayderlər 5 setdə qalibi müəyyənləşdirib

Xəbərlər
22 Yanvar 2025 19:01
107
“Neftçi” “Xilasedici”yə uduzub,  autsayderlər 5 setdə qalibi müəyyənləşdirib

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada VII tura start verilib.

İdman.biz xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.

“Xilasedici” “Neftçi” ilə qarşılaşıb. Meydan sahibləri çətinlik çəkmədən qalib gəliblər.

Autsayderlər Sumqayıtda üz-üzə gəlib. Xala həsrət “Gənclər”lə MOİK-in mübarizəsində qalib 5 setdə müəyyənləşib. Hərbçilər meydan sahiblərini 3:2 hesabı məğlub ediblər.

Yüksək Liqa (kişilər)
VII tur
22 yanvar

16:00. “Gənclər” - MOİK - 2:3 (25:22, 19:25, 25:20, 20:25, 9:15)
Sumqayıt Olimpiya İdman Kompleksi

16:00. “Xilasedici” - “Neftçi” - 3:0 (25:16, 25:23, 25:12)
Fövqəladə Hallar Nazirliyinin idman zalı

1

Murov Az Terminal

6

6

0

18-0

450-306

18

2

Xilasedici

7

6

1

18-4

526-400

18

3

Azərreyl

6

4

2

15-6

495-380

13

4

Neftçi

7

3

3

9-15

498-540

8

5

MOİK

7

1

6

3-20

482-548

2

6

Gənclər

7

0

7

3-21

398-576

1

Qeyd edək ki, tura sabah keçiriləcək “Azərreyl” - “Murov Az Terminal” matçı ilə yekun vurulacaq.

İdman.biz