Hakimlərimizə CEV-dən növbəti təyinat - FOTO

Xəbərlər
22 Yanvar 2025 16:49
76
Hakimlərimizə CEV-dən növbəti təyinat - FOTO

Beynəlxalq dərəcəli hakimlərimiz Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıblar.

İdman.biz xəbər verir ki, Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasında B qrupunda yer alan Türkiyənin “Eczacıbaşı” və Fransanın “Levallua” klublarının qarşılaşmasında ikinci hakim kimi meydana çıxacaq.

Fuad Hacıyev isə yanvarın 23-də qadın voleybolçular arasında CEV kubokunda pley-off mərhələsi çərçivəsində keçiriləcək “Türk Hava Yolları” və Belçikanın “Asteriks” klublarının görüşündə ikinci hakim olacaq.

İdman.biz

Məqalədə: