“Bir neçə il əvvələ baxsaq, bu mövsüm çempionat daha güclüdür”.
İdman.biz xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət “Gənclər” klubunun baş məşqçisi Cahangir Seyed Abbasi deyib.
İranlı mütəxəssis komandasının Yüksək Liqada çıxışını dəyərləndirib. Abbasinin sözlərinə görə, başa çatan 7 turda cəmi 3 set qazanan və 1 xal yığan "Gənclər"in əsas hədəfi təcrübələrini artırmaqdır: “Bu gənclər ilk dəfədir ki, ölkə çempionatında iştirak edirlər. Bizim məqsədimiz gənclərin oyun təcrübələrini artırmaq və onları milli komandalara hazırlamaqdır”.
Baş məşqçi, həmçinin cari çempionatın daha güclü olduğunu vurğulayıb: “Bir neçə il əvvələ baxsaq, bu mövsüm çempionat daha güclüdür və komanda sayı artıb. Bu, çox yaxşı haldır. Güclü komandaların və təcrübəli oyunçuların iştirakı çempionatın səviyyəsini daha da artırır”.
İdman.biz