Azərbaycanda ilk dəfə olaraq qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək.
İdman.biz xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının təşkil edəcəyi yarış yanvarın 25-26-da “Şahdağ” Turizm Mərkəzində baş tutacaq.
Çempionatda 4 qadın - “Azərreyl”, “Murov Az Terminal”, “Gəncə”, U-21, 4 kişi – “Azərreyl”, “Murov Az Terminal”, “Gənclər” və U-21 komandaları iştirak edəcək.
Oyunlar dairəvi sistem üzrə keçiriləcək. Yekun nəticəyə əsasən ilk iki pillənin sahibləri çempionluq, 3-4-cü yerləri tutacaq komandalar isə üçüncülük uğrunda oynayacaq.
Final və üçüncü yer uğrunda qarşılaşmalar yanvarın 26-da baş tutacaq. Daha sonra qaliblərin mükafatlandırma mərasimi olacaq.
İdman.biz