Abduləzimovanın komandası qələbələrini davam etdirir

Xəbərlər
26 Yanvar 2025 15:21
96
Abduləzimovanın komandası qələbələrini davam etdirir

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimovanın oynadığı “Vaşaş” klubu Macarıstan liqasında inamlı çıxışını davam etdirir.

İdman.biz xəbər verir ki, ölkə çempionu növbəti oyunda "Uypeşt"ə üç setdə qalib gəlib - 3:0.

Ayşən qarşılaşma ərzində iki xal toplayıb.

Müntəzəm çempionatda liderliyini davam etdirən “Vaşaş” ən yaxın izləyicisi “Bekeşçaba”nı 7 xal qabaqlayır.

İdman.biz