Rəhimovanın komandası yenə uduzub

Xəbərlər
28 Yanvar 2025 10:43
122
Rəhimovanın komandası yenə uduzub

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimovanın çıxış etdiyi “Osasko” Braziliya çempionatında ardıcıl ikinci oyununda məğlub olub.

İdman.biz xəbər verir ki, medallara iddialılardan olan komanda son turda səfərdə "Fluminense"yə uduzub - 1:3.

Rəhimova oyunda beş xal toplayıb.

Hazırda 5-ci pillədə qərarlaşan "Osasko" lider "Sesi Voley"dən 4 xal geri qalır.

İdman.biz