Autsayderlərdən quru hesablı məğlubiyyətlər

Xəbərlər
29 Yanvar 2025 20:07
126
Autsayderlərdən quru hesablı məğlubiyyətlər

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada VIII tura start verilib.

İdman.biz xəbər verir ki, turun ilk günündə iki matç baş tutub.

Hər iki qarşılaşma GİN-in Voleybol Mərkəzində baş tutub. Çempionatın autsayderləri sensasiya arzusu ilə meydana çıxıblar. Amma onların xal qazanmaq arzusu reallaşmayıb. “Gənclər” çempionatın lideri “Murov Az Terminal”, MOİK isə “Neftçi”yə 0:3 hesab ilə uduzub.

Yüksək Liqa (kişilər)
29 yanvar
VIII tur

16:00. MOİK - “Neftçi” - 0:3 (14:25, 13:25, 14:25)
GİN-in Voleybol Mərkəzi

18:00. “Murov Az Terminal” - “Gənclər” - 3:0 (25:16, 25:15, 25:17)
GİN-in Voleybol Mərkəzi

1

Murov Az Terminal

8

8

0

24-0

600-421

24

2

Xilasedici

7

6

1

18-4

526-400

18

3

Azərreyl

7

4

3

15-9

562-455

13

4

Neftçi

8

4

3

12-15

573-581

11

5

MOİK

7

1

6

3-20

523-623

2

6

Gənclər

7

0

7

3-21

446-651

1

Qeyd edək ki, tura sabah keçiriləcək “Azərreyl” - “Xilasedici” oyunu ilə yekun vurulacaq. GİN-in Voleybol Mərkəzində baş tutacaq matç saat 16:00-da başlayacaq.

İdman.biz