Azərbaycan millisinin voleybolçusu avrokuboklarda mübarizəni dayandırıb

Xəbərlər
31 Yanvar 2025 12:33
71
Azərbaycan millisinin voleybolçusu avrokuboklarda mübarizəni dayandırıb

Azərbaycan millisinin voleybolçusu Andrey Melnikov "Braşov"un heyətində Avropa yarışlarında çıxışını başa vurub.

İdman.biz xəbər verir ki, CEV kubokunun pley-off mərhələsində Rumıniya təmsilçisi klublar arasında 5 qat dünya çempionu, 4 dəfə Çempionlar Liqasının qalibi İtaliyanın "Trentino" klubu ilə qarşılaşıb.

Melnikovun 20 xal toplayaraq ən məhsuldar oyunçu olduğu ilk oyundakı məğlubiyyətdən (1:3) sonra "Braşov" səfərdə də uduzub - 0:3.

İdman.biz