Azərbaycan çempionatında IX turun oyunlarının vaxtı açıqlanıb

Xəbərlər
1 Fevral 2025 12:16
68
Azərbaycan çempionatında IX turun oyunlarının vaxtı açıqlanıb

Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunlarının vaxtı dəqiqləşib.

İdman.biz xəbər verir ki, fevralın 4-də qadınların Yüksək Liqasında IX turun qarşılaşmaları baş tutacaq.

Kişi voleybolçular arasında IX turun oyunları isə fevralın 5-6-da təşkil olunacaq.

Yüksək Liqa
Qadınlar
IX tur
4 fevral
15:00. UNEC - “Gəncə”

UNEC VK-nın idman zalı

16:00. “Azərreyl” - “Abşeron”
GİN-in Voleybol Mərkəzi

18:00. “Murov Az Terminal” - “Milli Aviasiya Akadekiyası”
GİN-in Voleybol Mərkəzi

Kişilər
IX tur
5 fevral
16:00. “Azərreyl” – MOİK

GİN-in Voleybol Mərkəzi

6 fevral
16:00. “Gənclər” - “Neftçi”

Sumqayıt OİK

17:00. “Xilasedici” - “Murov Az Terminal”
FHN-in idman zalı

İdman.biz