Bu gün qadın voleybolçular arasında Yüksək Liqada IX turun oyunları keçirilib.
İdman.biz xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.
Son iki pillədə qərarlaşan komandaların duelində UNEC “Gəncə”ni qəbul edib. Gəncəlilər autsayderlə görüşdə çətinlik çəkməyiblər. Ölkənin ən köklü klubu “Azərreyl” çempionatın lideri “Abşeron”la üz-üzə gəlib. Bu görüşdə "dəmiryolçular liderlə bacarmayıblar.
"Tura “Murov Az Terminal” - “Milli Aviasiya Akadekiyası” matçı ilə yekun vurulub. Qonaq komanda quru hesabla qalib gəlib.
Yüksək Liqa (Qadınlar)
IX tur
4 fevral
15:00. UNEC - “Gəncə” - 0:3
UNEC VK-nın idman zalı
16:00. “Azərreyl” - “Abşeron” - 1:3 (25:15, 20:25, 19:25, 14:25)
GİN-in Voleybol Mərkəzi
18:00. “Murov Az Terminal” - “Milli Aviasiya Akadekiyası” - 0:3 (17:25, 17:25, 15:25)
GİN-in Voleybol Mərkəzi
1 |
Abşeron |
9 |
8 |
1 |
25-8 |
23 |
2 |
Milli Aviasiya Akademiyası |
9 |
7 |
2 |
23-10 |
21 |
3 |
Gəncə |
9 |
4 |
5 |
17-15 |
14 |
4 |
Azərreyl |
9 |
4 |
5 |
16-17 |
12 |
5 |
Murov Az Terminal |
9 |
4 |
5 |
15-19 |
11 |
6 |
UNEC |
9 |
0 |
9 |
0-27 |
0 |
Qeyd edək ki, günün ilk matçı UNEC VK-nın idman zalında, digər görüşlər GİN-in Voleybol Mərkəzində keçiriləcək.
İdman.biz