“Azərreyl” ikinci pilləyə yüksəlib - FOTO

Xəbərlər
5 Fevral 2025 17:42
143
“Azərreyl” ikinci pilləyə yüksəlib - FOTO

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada IX tura start verilib.

İdman.biz xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

GİN-in Voleybol Mərkəzində baş tutan yeganə matçda “Azərreyl” MOİK-lə üz-üzə gəlib. Görüş gözlənildiyi kimi, "dəmiryolçular"ın asan qələbəsi ilə başa çatıb. Bu qələbə “Azərreyl”i müvəqqəti də olsa ikinci pilləyə yüksəldib.

Yüksək Liqa (Kişilər)
IX tur
5 fevral
16:00. “Azərreyl” – MOİK - 3:0 (25:16, 25:17, 25:14)

GİN-in Voleybol Mərkəzi

1

Murov Az Terminal

8

8

0

24-0

600-421

24

2

Azərreyl

9

6

3

21-10

732-593

19

3

Xilasedici

8

6

2

19-7

617-495

18

4

Neftçi

8

4

4

12-15

573-581

11

5

MOİK

9

1

8

3-26

570-698

2

6

Gənclər

8

0

8

3-24

446-651

1

Qeyd edək ki, tura sabah keçiriləcək “Gənclər” - “Neftçi” və “Xilasedici” - “Murov Az Terminal” oyunları ilə yekun vurulacaq.

İdman.biz