Millimizin oyunçuları avrokubokda "Porto"ya qarşı

Xəbərlər
5 Fevral 2025 15:18
30
Millimizin oyunçuları avrokubokda "Porto"ya qarşı

Azərbaycan millisinin voleybolçuları öz klublarının heyətində mühüm avrokubok oyunlarına hazırlaşırlar.

İdman.biz xəbər evrir ki, Yelizaveta Ruban və Olena Xarçenkonun çıxış etdiyi Rumıniyanın "Alba" komandası CEV kubokunun 1/4 finalında "Porto" ilə qarşılaşacaq.

İlk oyun bu gün Portuqaliyada keçiriləcək.

Ayşən Abduləzimovanın kapitanı olduğu Macarıstan "Vaşaş"ı isə turnirin eyni mərhələsində Polşanın “Radomka” komandası ilə qüvvəsini sınayacaq. İlk oyun fevralın 6-da Budapeştdə keçiriləcək.

İdman.biz