Zehra Güneşin klubdan istədiyi məbləğ məlum olub

Xəbərlər
6 Fevral 2025 14:21
102
Zehra Güneşin klubdan istədiyi məbləğ məlum olub

Bu mövsümdən "VakıfBank"ın kapitanı olan Zehra Güneşin klubda qalmaq üçün istədiyi məbləğ məlum olub.

İdman.biz xəbər verir ki, Türkiyə millisinin 25 yaşlı voleybolçusu növbəti mövsümdə də "sarı-qaralar"ın formasını geyinmək üçün illik 45 milyon TL (1,25 milyon avro) maaş tələb edir.

"VakıfBank"ın hələ Zehra ilə bağlı yekun qərarını vermədiyi, voleybolçu ilə həmçinin "Fənərbaxça" və İtaliyanın “İmoko”, "Milan" və "Skandiçi" komandalarının da maraqlandığı bildirilir.

2011-ci ildən "VakıfBank"ın yeniyetmələr komandalarında oynamağa başlayan Zehra Güneş 2017-ci ildən əsas komandanın üzvüdür. O, arada bir müddət icarə əsasında "İstanbul Büyükşehir Belediyespor" (2014-15) və "Beşiktaş"da (2016-17) da çıxış edib.

İdman.biz