Abduləzimova "Radomka" ilə oyunda qələbəyə sevinib

Xəbərlər
7 Fevral 2025 13:45
89
Abduləzimova "Radomka" ilə oyunda qələbəyə sevinib

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova "Vaşaş"la CEV kuboku 1/4 finalın ilk matçında qələbə qazanıb.

İdman.biz xəbər verir ki, Macarıstan klubu evdə Polşa “Radomka”sına 3:1 hesabı ilə qalib gəlib.

Komandanın kapitanı olan Abduləzimova 4 xal toplayıb.

Qeyd edək ki, cavab oyunu fevralın 18-də Polşada keçiriləcək.

İdman.biz