Millimizin voleybolçusu keçmiş komandasına qarşı

Xəbərlər
11 Fevral 2025 19:21
73
Millimizin voleybolçusu keçmiş komandasına qarşı

Azərbaycanın millisinin voleybolçusu Yelizaveta Ruban "Alba"nın Rumıniya çempionatında növbəti qələbəsində iştirak edib.

İdman.biz xəbər verir ki, lider növbəti turda Rubanın daha əvvəl iki mövsüm çıxış etdiyi komanda ilə qarşılaşıb.

Hücumçumuz 13 xal toplayaraq matçın ən məhsuldar oyunçusu olub.

"Alba" 3:1 hesabı ilə qalib gələrək müntəzəm çempionatda birinci pillədəki mövqeyini möhkəmləndirib.

İdman.biz