Abduləzimova yenidən Macarıstan kubokunun finalında

Xəbərlər
12 Fevral 2025 10:58
79
Abduləzimova yenidən Macarıstan kubokunun finalında

Azərbaycanlı voleybolçu Ayşən Abduləzimovanın komandası Macarıstan kubokunun finalına yüksəlib.

İdman.biz xəbər verir ki, onun kapitanı olduğu “Vaşaş” yarımfinalın cavab matçında yenə “Fatum”a qalib gəlib.

Görüş 3:0 hesabı ilə başa çatıb və Ayşən dörd xal qazanıb.

Qeyd edək ki, "Vaşaş" ardıcıl 4-cü dəfə ölkə kubokunun finalına yüksəlib.

İdman.biz