“Azərreyl” və “Murov Az Terminal” qalib gəlib

Xəbərlər
14 Fevral 2025 20:12
134
“Azərreyl” və “Murov Az Terminal” qalib gəlib

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XI tura start verilib.

İdman.biz xəbər verir ki, ilk oyun günündə 2 matç baş tutub.

“Milli Aviasiya Akademiyası” “Azərreyl”lə üz-üzə gəlib. "Dəmiryoçular" liderlər qrupunda yer alan rəqibə qalib gəliblər.

“Murov Az Terminal” isə UNEC-lə qarşılaşıb və autsayderlə görüşdə çətinliklə üzləşməyib. Tələbələr bu görüşdə cəmi 20 xal qazana biliblər.

Yüksək Liqa
14 fevral

16:00. “Milli Aviasiya Akademiyası” - “Azərreyl” - 1:3 (23:25, 25:22, 16:25, 21:25)
GİN-in Voleybol Mərkəzi

18:00. “Murov Az Terminal” - UNEC - 3:0 (25:8, 25:5, 25:7)
GİN-in Voleybol Mərkəzi

1

Abşeron

10

9

1

28-8

26

2

Milli Aviasiya Akademiyası

11

8

3

27-13

24

3

Gəncə

10

5

5

20-15

17

4

Azərreyl

11

5

6

19-21

15

5

Murov Az Terminal

11

5

6

18-22

14

6

UNEC

11

0

11

0-33

0

Qeyd edək ki, tura sabah keçiriləcək “Gəncə” - “Abşeron” oyunu ilə yekun vurulacaq. Gəncə İdman Sarayında baş tutacaq matç saat 15:00-da başlayacaq.

İdman.biz