"Azərreyl"in hücumçusu: "Yaxşı nəticələr əldə edə biləcəyik"

Xəbərlər
14 Fevral 2025 21:43
77
"Azərreyl"in hücumçusu: "Yaxşı nəticələr əldə edə biləcəyik"

"Bu gün oyun bizim üstünlüyümüz ilə yekunlaşdı. Məşqçinin bütün təlimatlarına əməl etdik, həmçinin komanda ruhu göstərə bildik".

İdman.biz xəbər verir ki, bunu “Azərreyl”in voleybolçusu Anastasiya Şupianiova “Milli Aviasiya Akademiyası” ilə görüşdə deyib.

Belaruslu hücumçu bundan sonra daha yaxşı nəticələr qazanacağına ümid etdiyini bildirib:“Bəli oyunlarımızın alınmadığı günlər də oldu. Bizə sadəcə bir-birimizin oyununa bələd olmaq lazım idi. Ümid edirəm ki, bundan sonra eyni templə irəliləyərək yaxşı nəticələr əldə edə biləcəyik”.

Qeyd edək ki, "Azərreyl" “Milli Aviasiya Akademiyası”na 3:1 hesabı ilə qalib gəlib.

İdman.biz