Azərbaycan voleybolçusu yarımfinalda

Xəbərlər
16 Fevral 2025 14:12
64
Azərbaycan voleybolçusu yarımfinalda

"Alba" klubunda çıxış edən Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban Rumıniya kubokunun yarımfinalına yüksəlib.

İdman.biz xəbər verir ki, ölkə çempionatının lideri 1/4 finalda "Korona Braşov"u 3:0 hesabı ilə məğlub edib.

Oyunda 12 xal toplayan Ruban məhsuldarlığa görə ikinci olub.

Qeyd edək ki, "Alba" CEV kuboku da daxil olmaqla üç yarışda çıxışını davam etdirir.

İdman.biz