Rəhimova - Braziliya liqasının ən effektli hücumçusu

Xəbərlər
18 Fevral 2025 11:13
94
Rəhimova - Braziliya liqasının ən effektli hücumçusu

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Braziliya liqasının ən effektli hücumçusu olmaqda davam edir.

İdman.biz xəbər verir ki, "Osasko"nun üzvü hazırda çempionatda uğurlu hücumların faizini əks etdirən göstəriciyə görə 51,85 nəticə ilə birinci yerdədir.

Sonrakı yerdə "Pinheiros"un hücumçusu Karol Qattas (50 %) qərarlaşıb, ilk "üçlüy"ü isə "Minas"lı Taisa (48,58%) tamamlayır.

"Osasko" hazırda müntəzəm çempionatda 4-cü yerdədir.

İdman.biz