Qadın komandaları arasında voleybol üzrə CEV kubokunda "Azərbaycan yarımfinalı" reallaşa bilər.
İdman.biz xəbər verir ki, millimizin üzvü Yelizaveta Rubanın şərəfini qoruduğu “Alba” yarımfinala doğru irəliləyir.
Rumıniya klubu bu gün evdə bir həftə əvvəl 3:0 hesabı ilə qalib gəldiyi Portuqaliya “Porto”su ilə cavab oyunu keçirəcək.
Millimizin digər voleybolçusu Ayşən Abduləzimovanın çıxış etdiyi “Vasaş” isə 1/4 finalda iki matçın nəticəsinə əsasən Polşa “Radomka”sına qalib gələrək yarımfinala vəsiqəni artıq təmin edib.
Beləliklə, Azərbaycan voleybolçularının çıxış etdiyi klubların CEV kubokunun yarımfinalında qarşılaşmaq ehtimalı yüksəkdir.
İdman.biz