Azərbaycan millisinin voleybolçuları Rumıniya "Alba"sı ilə CEV kubokunun yarımfinalına yüksəliblər.
İdman.biz xəbər verir ki, 1/4 finalın cavab matçında onların komandası yenidən Portuqaliya "Porto"suna qalib gəlib - 3:1.
Millimizin voleybolçularından Yelizaveta Ruban 14 xal qazanaraq görüşün ən dəyərli oyunçusu olub. Olena Xarçenko isə 9 xal toplayıb.
"Alba" yarımfinalda digər voleybolçumuz Ayşən Abduləzimovanın komandası Macarıstan "Vaşaş"ı ilə qarşılaşacaq.
İdman.biz