Azərbaycan millisinin voleybolçusu Polina Rəhimovanın çıxış etdiyi “Osasko” Braziliya çempionatının növbəti turunda məğlubiyyətlə üzləşib.
İdman.biz xəbər verir ki, ölkə kubokunun qalibi "Flamenqo"ya üç setdə məğlub olub - 0:3.
Rəhimova 10 xal toplayaraq komandasının ən məhsuldar oyunçusu olub.
"Osasko" 38 xalla müntəzəm çempionatda 4-cü yerdədir.
İdman.biz