“Xilasedici”dən asan qələbə, lider “Neftçi” səddini aşıb

Xəbərlər
25 Fevral 2025 20:20
112
“Xilasedici”dən asan qələbə, lider “Neftçi” səddini aşıb

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada XII tura start verilib.

İdman.biz xəbər verir ki, ilk oyun günündə iki matç baş tutub.

Hər iki qarşılaşma GİN-in Voleybol Mərkəzində keçirilib. Günün ilk görüşündə MOİK “Xilasedici” ilə qarşılaşıb. Qonaq komanda bu görüşdə çətinlik çəkməyib.

“Murov Az Terminal” isə “Neftçi”ni sınağa çəkib. Bu görüşdə "ağ-qaralar"ın gücü yalnız 1 set qazanmağa çatıb. Lider 3:1 hesabı ilə qalib gəlib.

Yüksək Liqa (kişilər)
25 fevral
XII tur
14:00. MOİK - “Xilasedici” - 0:3 (10:25, 19:25, 11:24)

GİN-in Voleybol Mərkəzi

18:00. “Murov Az Terminal” - “Neftçi” - 3:1 (25:18, 25:22, 24:26, 25:21)
GİN-in Voleybol Mərkəzi

1

Murov Az Terminal

12

10

2

31-7

30

2

Xilasedici

12

10

2

31-10

29

3

Azərreyl

11

8

3

27-10

25

4

Neftçi

12

5

7

18-24

15

5

MOİK

12

2

10

6-33

5

6

Gənclər

11

0

11

4-33

1

Qeyd edək ki, tura “Azərreyl” – “Gənclər” oyunu ilə yekun vurulacaq.

İdman.biz