Qadın voleybolçular arasında Macarıstan çempionatında pley-off mərhələsinin oyunları keçirilir.
İdman.biz xəbər verir ki, Azərbaycan millisinin blokçusu Ayşən Abduləzimovanın çıxış etdiyi "Vaşaş" yarımfinala doğru inamlı addım atıb.
Macarıstan çempionu müntəzəm çempionatda yeddinci yeri tutan "Vaşaş-2" ilə üç qələbədən ibarət mübarizədə öndədir. Rəqiblərin hər iki görüşü üç setdə başa çatıb.
Abduləzimova ikinci görüşdə 4 xal toplayıb.
İdman.biz