Azərbaycan millisinin üzvü Andrey Melnikov “Korona Braşov”la Rumıniya liqasının pley-off mərhələsində çıxış edəcək.
İdman.biz xəbər verir ki, voleybolçumuzun komandası müntəzəm çempionatda 44 xal toplayaraq ikinci yeri tutub.
“Korona Braşov” pley-offda liqada yeddinci olan “Rapid Buxarest”lə qarşılaşacaq.
Qeyd edək ki, Melnikov həmçinin Rumıniya liqasında ən məhsuldar oyunçular arasındadır. O, 244 xal toplayıb ki, bu da çempionatda dördüncü nəticədir.
İdman.biz