Voleybolçularımızın pley-offdakı rəqibi müəyyənləşib

Xəbərlər
27 Fevral 2025 14:05
112
Voleybolçularımızın pley-offdakı rəqibi müəyyənləşib

Azərbaycan millisinin voleybolçuları Yelizaveta Ruban və Olena Xarçenkonun çıxış etdiyi “Alba” klubunun Rumıniya çempionatının pley-off mərhələsindəki rəqibi bəlli olub.

İdman.biz xəbər verir ki, CEV kubokunun yarımfinalçısı 1/4 finalda müntəzəm çempionatda 8-ci yeri tutan "Tarqovişta" ilə qarşılaşacaq.

İlk görüş fevralın 28-də rəqib meydanında keçiriləcək.

Qeyd edək ki, "Alba" müntəzəm çempionatda 1-ci yeri tutub.

İdman.biz