Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Braziliya çempionatının növbəti turunda fenomenal məhsuldarlıq nümayiş etdirib.
İdman.biz xəbər verib ki, nəticədə onun komandası "Osasko" lider "Praya"ya çətinliklə olsa da, qalib gəlib.
Görüş 3:2 hesabı ilə başa çatıb və Rəhimova 34 xal toplayıb.
Bu, "Osasko"ya çempionatda üçüncü yerə yüksəlməyə və pley-offa çıxmaq uğrunda mübarizədə şanslarını artırmağa imkan verib.
Rəhimova üçün 34 xal bu mövsüm ən yüksək göstəricidir.
İdman.biz