Lider səfərdən 3 xalla dönüb - FOTO

Xəbərlər
1 Mart 2025 17:36
126
Lider səfərdən 3 xalla dönüb - FOTO

Kişi voleybolçuların Yüksək Liqasında XIII tur davam edir.

İdman.biz xəbər verir ki, ikinci oyun günündə bir matç keçirilib.

Qarşılaşma Sumqayıt OİK-də baş tutub. Turnir cədvəlinin əks qütblərində qərarlaşan komandaların duelində çempionatın autsayderi “Gənclər” zirvədə qərarlaşan “Murov Az Terminal”la üz-üzə gəlib. Lider səfərdəki 3 xalı asanlıqla qazanıb.

Yüksək Liqa (kişilər)
XIII tur
1 mart
16:00. “Gənclər” - “Murov Az Terminal” – 0:3 (10:25, 19:25, 17:25)

Sumqayıt OİK

1

Murov Az Terminal

13

11

2

34-7

33

2

Xilasedici

12

10

2

31-10

29

3

Azərreyl

11

8

3

27-10

25

4

Neftçi

13

6

7

21-24

18

5

MOİK

13

2

11

6-36

5

6

Gənclər

12

0

12

4-36

1

Qeyd edək ki, tura “Azərreyl”lə “Xilasedici”nin görüşü ilə yekun vurulacaq.

İdman.biz