Abduləzimova “Vaşaş”la yarımfinalda

Xəbərlər
1 Mart 2025 12:22
79
Abduləzimova “Vaşaş”la yarımfinalda

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimovanın çıxış etdiyi “Vaşaş” Macarıstan çempionatında yarımfinala yüksəlib.

İdman.biz xəbər verir ki, mövsümün lideri 1/4 finalda yeddinci yerdən pley-offa çıxan "Vaşaş-2"ni üç dəfə məğlub edib.

Üçüncü oyun da əvvəlkilər kimi 3:0 hesabı ilə favorit komandanın xeyrinə başa çatıb. Abduləzimova 8 xal toplayıb.

"Vaşaş" yarımfinalda KNRC ilə qarşılaşacaq.

İdman.biz