Rəhimova Braziliya liqasında mövqeyini möhkəmləndirib

Xəbərlər
3 Mart 2025 14:14
91
Rəhimova Braziliya liqasında mövqeyini möhkəmləndirib

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Braziliya liqasında ən yaxşı hücumçular sırasında mövqeyini möhkəmləndirib.

İdman.biz xəbər verir ki, statistikaya əsasən, “Osasko”nun oyunçusu çempionatın bombardiri siyahısına başçılıq etməkdə davam edir.

“Praia” üzərindəki qələbədə toplanan 34 xal onun mövqeyini gücləndirib. Polina 51,02 faiz göstərici ilə birinci yerdədir.

Sonrakı yerdə “Pinheiros”un hücumçusu Klaudiya (50,64%) gəlir. İlk “üçlüy”ü isə “Praia”dan olan Karolin (49,65%) qapayır.

Qeyd edək ki, “Osasko” hazırda müntəzəm çempionatda üçüncü yerdədir.

İdman.biz