“Azərreyl” liderə uduzub, “Milli Aviasiya Akademiyası” fərqi azaldıb

Xəbərlər
4 Mart 2025 20:29
109
“Azərreyl” liderə uduzub, “Milli Aviasiya Akademiyası” fərqi azaldıb

Bu gün qadın voleybolçuların Yüksək Liqasında XIV tura yekun vurulub.

İdman.biz xəbər verir ki, turun son oyun günündə iki matç keçirilib.

Hər iki qarşılaşma GİN-in Voleybol Mərkəzində baş tutub. Çempionatın lideri “Abşeron” “Azərreyl”i sınağa çəkib. Maraqlı və gərgin mübarizə şəraitində keçən matç Abşeron voleybolçularının 3:2 hesabı ilə yekunlaşıb.

“Milli Aviasiya Akademiyası” isə “Murov Az Terminal”la qarşılaşıb. Birincilər çətinlik çəkmədən 3:0 hesabı ilə qələbə qazanaraq, liderlə aradakı fərqi bir xala endirib.

Qeyd edək ki, turun ilk matçında “Gəncə” UNEC-ə 3:0 hesabı ilə qalib gəlib.

Yüksək Liqa (qadınlar)
XIV tur
4 mart
16:00. “Abşeron” - “Azərreyl” - 3:2 (22:25, 25:22, 25:14, 12:25, 15:12)

GİN-in Voleybol Mərkəzi

18:00. “Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal” - 3:0 (25:19, 25:21, 25:18)
GİN-in Voleybol Mərkəzi

1

Abşeron

14

12

2

36-14

34

2

Milli Aviasiya Akademiyası

14

11

3

36-14

33

3

Azərreyl

14

7

7

27-25

22

4

Gəncə

14

7

7

28-23

21

5

Murov Az Terminal

14

5

9

21-31

15

6

UNEC

14

0

14

0-42

0

İdman.biz