Kişi voleybolçular arasında Yüksək Liqada XIV turun oyunları keçirilib.
İdman.biz xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutub.
GİN-in Voleybol Mərkəzindəki ilk matçda MOİK və “Azərreyl” üz-üzə gəlib. Görüş "dəmiryolçular"ın "quru hesabblı" qələbəsi ilə başa çatıb.
Liderlərin duelində “Murov Az Terminal”la “Xilasedici” qarşılaşıb. Oyun gərgin mübarizə şəraitində keçib. Lider 2:3 hesabı ilə uduzub.
Tura “Neftçi” - “Gənclər” oyunu ilə yekun vurulub. "Ağ-qaralar" bu qarşılaşmada çətinlik çəkməyiblər.
Yüksək Liqa (Kişilər)
XIV tur
5 mart
14:00. MOİK - “Azərreyl” - 0:3 (19:25, 11:25, 19:25)
GİN-in Voleybol Mərkəzi
16:00. “Murov Az Terminal” - “Xilasedici” - 2:3 (24:26, 25:19, 21:25, 25:17, 13:15)
GİN-in Voleybol Mərkəzi
18:00. “Neftçi” - “Gənclər” - 3:1 (25:18, 25:15, 23:25, 25:22)
GİN-in Voleybol Mərkəzi
1 |
Murov Az Terminal |
14 |
11 |
3 |
32-10 |
34 |
3 |
Azərreyl |
13 |
10 |
3 |
33-10 |
31 |
2 |
Xilasedici |
13 |
11 |
2 |
34-12 |
31 |
4 |
Neftçi |
14 |
7 |
7 |
24-25 |
21 |
5 |
MOİK |
14 |
2 |
12 |
6-39 |
5 |
6 |
Gənclər |
14 |
0 |
14 |
5-42 |
1 |
İdman.biz