Millimizin voleybolçuları finalda

Xəbərlər
12 Mart 2025 10:57
27
Millimizin voleybolçuları finalda

Azərbaycan millisinin voleybolçuları Yelizaveta Ruban və Olena Xarçenko "Alba"nın heyətində CEV kubokunun finalına çıxıblar.

İdman.biz xəbər verir ki, Rumıniya çempionu evdə yarımfinalın cavab matçında Ayşən Abduləzimovanın çıxış etdiyi Macarıstan "Vaşaş"ını məğlub edib - 3:0.

Ruban 14, Xarçenko 4, Abduləzimova isə 7 xal toplayıb. Rəqiblərin Macarıstandakı oyunu da qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatmışdı.

"Alba" finalda "Türk Hava Yolları" (Türkiyə) - "Novara" (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyunda italyanlar daha güclü olublar - 3:0.

İdman.biz