Bu gün kişi voleybolçular arasında Yüksək Liqada XV turun oyunları keçiriləcək.
İdman.biz xəbər verir ki, bütün matçlar eyni vaxtda baş tutacaq.
Mərkəzi qarşılaşma GİN-in Voleybol Mərkəzində təşkil olunacaq. “Azərreyl” “Murov Az Terminal”a çatmaq üçün qələbə qazanmağa çalışacaq.
İlk “üçlük”də qərarlaşan “Xilasedici” ilə “Neftçi” FHN-in idman zalında qarşılaşacaq. Autsayderlər “Gənclər” və MOİK Sumqayıtda üz-üzə gələcək.
Yüksək Liqa (kişilər)
12 mart
XV tur
16:00. “Gənclər” - MOİK
Sumqayıt OİK
16:00. “Xilasedici” - “Neftçi”
FHN-in idman zalı
16:00. “Azərreyl” - “Murov Az Terminal”
GİN-in Voleybol Mərkəzi
1 |
Murov Az Terminal |
14 |
11 |
3 |
32-10 |
34 |
2 |
Xilasedici |
13 |
11 |
2 |
34-12 |
31 |
3 |
Azərreyl |
13 |
10 |
3 |
33-10 |
31 |
4 |
Neftçi |
14 |
7 |
7 |
24-25 |
21 |
5 |
MOİK |
14 |
2 |
12 |
6-39 |
5 |
6 |
Gənclər |
14 |
0 |
14 |
5-42 |
1 |
İdman.biz