Millimizin voleybolçusu - son üç mövsümdə ikinci avrokubok finalı

Xəbərlər
12 Mart 2025 15:37
43
Millimizin voleybolçusu - son üç mövsümdə ikinci avrokubok finalı

Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban son üç mövsümdə ikinci dəfə avrokuboklarda finala yüksəlib.

İdman.biz xəbər verir ki, o, iki il əvvəl Rumıniyanın "Luqoj" komandası ilə Çağırış kubokunun finalına çıxıb və həlledici matçda İtaliya "Kieri"sinə uduzublar - 0:3, 0:3.

Bu dəfə hücumçu daha səviyyəli turnirdə - CEV kubokunda finalda oynayacaq. Onun çıxış etdiyi Rumıniya “Alba”sı yarımfinalda iki oyunun nəticəsinə (3:2, 3:0) görə Macarıstan “Vaşaş”ına qalib gəlib və indi kubok uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, "Alba"nın rəqibi, böyük ehtimalla, ilk oyunda üç setdə “Türk Hava Yolları”nı məğlub edən (3:0) İtaliyanın “Novara”komandası olacaq.

İdman.biz