CEV-dən Mixail Frişmana etimad

Xəbərlər
13 Mart 2025 11:44
35
CEV-dən Mixail Frişmana etimad

Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişmana növbəti dəfə etimad göstərilib.

İdman.biz xəbər verir ki, Frişman qadın voleybolçular arasında CEV kubokunun yarımfinal mərhələsində THY (Türkiyə) - “Novara” (İtaliya) komandalarının cavab qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.

Bu gün İstanbulda keçiriləcək oyunun hakimləri serbiyalı Darko Saviç və ispaniyalı Qloria Soto Ximines olacaq.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda İtaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

İdman.biz