Polina Rəhimovadan növbəti məhsuldar oyun

Xəbərlər
14 Mart 2025 10:55
32
Polina Rəhimovadan növbəti məhsuldar oyun

Azərbaycan voleybolçusu Polina Rəhimova Braziliya çempionatında daha bir məhsuldar oyun keçirib.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Osasko” XXI turda “Makkenzi” ilə oyunda böyükhesablı qələbə qazanıb – 3:0.

Rəhimova 20 xal toplayaraq ən məhsuldar oyunçu olub.

Komanda müntəzəm çempionatda lider "Praia"dan iki xal geri qalaraq üçüncü yerdəki mövqeyini qoruyub.

İdman.biz