Rəhimova 26 xal toplayıb - qarşıda pley-off oyunları var

Xəbərlər
22 Mart 2025 10:59
53
Rəhimova 26 xal toplayıb - qarşıda pley-off oyunları var

Azərbaycan voleybolçusu Polina Rəhimova Braziliyada məhsuldar oyun nümayiş etdirir.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Osasko" müntəzəm çempionatın son matçında "Brasilia Volley"ə qalib gəlib - 3:0.

Rəhimova oyunda 26 xal toplayıb və yeddi uğurlu blokla yadda qalıb.

Müntəzəm çempionatı üçüncü yerdə başa vuran "Osasko"nu qarşıda pley-off matçları gözləyir.

İdman.biz