Voleybolçumuz Rumıniya çempionatının finalında

Xəbərlər
24 Mart 2025 16:11
57
Voleybolçumuz Rumıniya çempionatının finalında

Azərbaycan millisinin voleybolçusu Aleksandr Melnikov “Korona Braşov”un heyətində Rumıniya çempionatının finalına yüksəlib.

İdman.biz xəbər verir ki, yarımfinal seriyasında iki qələbə qazanan komanda “Krayova”nı bu dəfə 3:1 hesabı ilə məğlub edib.

“Korona Braşov”un finala vəsiqəsini təmin edən ikinci görüşdə Melnikov 21 xal toplayaraq bombardir olub.

Qeyd edək ki, cari mövsümü ikinci pillədə başa vuran Melnikovun klubu finalda Buxarest “Dinamo”su ilə qarşılaşacaq.

İdman.biz

Məqalədə: