Voleybol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan yığması “Kardeşlik” turnirində iştirak edib.
İdman.biz xəbər verir ki, voleybolçularımız Türkiyənin Bursa şəhərində təşkil olunan yarışda ikinci yeri tutublar.
Turnirdı yeddi komanda - Azərbaycan (U-16), “DSİ Nilüfer Spor Klubu”, “Eskişehir DSİ Bentspor Klubu”, “Oksijen Genclik Spor Klubu”, “Kestel Belediyye Spor klubu”, “Hürriyet Spor Klubu” və “Gemlik İstiklal Spor Klubu” mübarizə aparıb. Təmsilçimiz finalda Bursanın “DSİ Nilüfer Spor Klubu”na məğlub olub.
Komandamız Şahin Çatmanın rəhbərliyi ilə martın 26-dək təlim-məşq toplanışını Əskişəhərdə davam edəcək və yoxlama oyunlarında gücünü sınayacaq.
Qeyd edək ki, federasiya nümayəndəsi Məftun Salmanov, baş məşqçi Şahin Çatma və voleybolçularımız Əskişəhər rəhbərliyi və “Eskişehir DSİ Bentspor Klubu”nun prezidenti ilə də görüşüblər. Görüşlər zamanı birgə əməkdaşlığın davam etdiriləcəyi, qarşılıqlı təlim-məşq toplanışlarının və turnirlərin, yoldaşlıq oyunlarının təşkil olunacağı bildirilib.
İdman.biz