“Azərreyl”dən əzmkar qələbə - fərq 1-ə enib

Xəbərlər
25 Mart 2025 19:10
75
“Azərreyl”dən əzmkar qələbə - fərq 1-ə enib

Kişi voleybolçuların Yüksək Liqasında bir oyun keçirilib.

İdman.biz xəbər verir ki, XIII turdan təxirə salınan matç baş tutub.

“Xilasedici” və “Azərreyl” liderlik mübarizəsində qarşılaşıb. FHN-nin idman zalında baş tutan görüş gərgin mübarizə şəraitində keçib. Meydan sahibləri iki dəfə önə keçsələr də, "dəmiyolçular" geridönüş edə biliblər. Əzmkar qələbə qazanan "Azərreyl" xalını "Xilasedici" ilə bərabərləşdirib və ikinci pilləyə yüksəlib. Onlar liderdən 1 xal geri qalırlar.

Yüksək Liqa (kişilər)
XIII turdan təxirə salınan oyun
25 mart
16:00. “Xilasedici” - “Azərreyl” - 2:3 (25:23, 25:27, 25:23, 23:25, 12:15)

FHN-nin İdman zalı

1

Murov Az Terminal

16

12

4

41-13

38

2

Azərreyl

16

13

3

42-17

37

3

Xilasedici

16

12

4

41-16

37

4

Neftçi

16

8

8

28-30

24

5

MOİK

16

3

13

9-43

8

6

Gənclər

16

0

16

6-48

1

İdman.biz