Bu gün kişi voleybolçular arasında Yüksək Liqada XVII turun oyunları keçirilib.
İdman.biz xəbər verir ki, bütün matçlar eyni vaxtda başlayıb.
İlk “üçlük”də qərarlaşan iddialılar turnir cədvəlinin ikinci yarısındakıları sınağa çəkiblər. “Murov Az Terminal” “Neftçi” ilə, “Xilasedici” MOİK-lə üz-üzə gəlib. “Azərreyl” isə “Gənclər”lə görüşüb. Gözlənildiyi kimi favoritlər asan qələbə qazanıblar. İki oyunda 3:0 hesabı qeydə alınsa da, yalnız "Neftçi" bir setdə qalib gəlməyi bacarıb.
Bu nəticələrdən sonra “Murov Az Terminal”la “Azərreyl” 41 xalla ilk iki pilləni bölüşür. “Xilasedici” onlardan iki xal geri qalır.
Yüksək Liqa (kişilər)
XVII tur
28 mart
16:00. “Xilasedici” - MOİK - 3:0 (27:25, 25:15, 25:15)
FHN-nin idman zalı
16:00. “Gənclər” - “Azərreyl” - 0:3 (23:25, 14:25, 13:25)
Sumqayıt OİK
16:00. “Neftçi” - “Murov Az Terminal” - 1:3 (20:25, 27:29, 27:25, 16:25)
GİN-in Voleybol Mərkəzi
1 |
Azərreyl |
17 |
13 |
4 |
45-15 |
41 |
2 |
Murov Az Terminal |
17 |
13 |
4 |
44-14 |
41 |
3 |
Xilasedici |
17 |
13 |
4 |
44-18 |
39 |
4 |
Neftçi |
17 |
8 |
9 |
29-33 |
23 |
5 |
MOİK |
17 |
3 |
14 |
9-46 |
8 |
6 |
Gənclər |
17 |
0 |
17 |
6-51 |
1 |
İdman.biz